"FHN-nin “112” qaynar xəttinə Parlament prospektində bir-birinə bitişik fərdi yaşayış evində yanğın baş verməsi haqqında məlumat daxil olub".
Bakupost.az xəbər verir ki, bu sözləri FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsaqov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, evin bütün konkstruktiv elementləri və əşyalar yanıb, lakin yanğında xəsarət alan olmayıb: “Ümumi sahəsi 90 kvm olan 3 otaqlı fərdi yaşayış evində baş verən yanğın qısa müddətdə söndürülüb. Digər evlər yanğından mühafizə olunub”.
***
15:26
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.


