Ru
11:53 / 10 Sentyabr 2025

Fransada aksiyalar başladı - Polislə etirazçılar arasında qarşıdurma - VİDEO

Fransada aksiyalar başladı - Polislə etirazçılar arasında qarşıdurma - VİDEO
Eye

Bu gündən Fransada, xüsusilə Parisdə etiraz aksiyaları başlayıb. Yüzlərlə insan paytaxtın küçələrini bağlayaraq şəhərin normal fəaliyyətinə mane olur.

Bakupost.az Fransa KİV-ə istinadən xəbər verir ki, etirazların səbəbi hökumətin inflyasiya səviyyəsinə uyğun olaraq pensiya və sosial ödənişlərin indeksləşdirilməsindən imtina etməsidir. Bu qərar qənaət tədbirləri çərçivəsində qəbul olunub, lakin əhali arasında ciddi narazılığa səbəb olub.

Aksiyalar davam edir. Polis gücləndirilmiş rejimdə çalışır, bəzi yollar bağlanıb, ictimai nəqliyyatın işi çətinləşib. Hökumət hələlik kompromisə getmək niyyətində olmadığını bildirir.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar