Ru
18:53 / 16 Aprel 2023

G-7 nazirlər razılığa gələ bilmədilər

G-7 nazirlər razılığa gələ bilmədilər
Eye

G-7 nazirləri kömürlə işləyən elektrik stansiyalarının mərhələli şəkildə dayandırılması üçün son tarix barədə razılığa gələ bilmədilər.

G-7 ölkələrinin enerji və iqlim nazirləri Yaponiyanın dövri sədrliyi altında ölkənin Sapporo şəhərində görüşüblər.

Bakupost.az SİA-ya istinadən xəbər verir ki, iki günlük iclasdan sonra birgə bəyanat yayınlanıb.

Bəyanata görə, G-7 ölkələrinin “2035-ci ilə qədər tam və ya əsasən karbonsuz elektrik enerjisi sektoru” yaratmaq öhdəliyi bir daha təsdiqlənib.

G-7 nazirləri kömürlə işləyən elektrik stansiyalarının mərhələli şəkildə istismardan çıxarılması üçün son tarixi təyin edə bilməyiblər.

Ən geci 2050-ci ilə qədər enerji sistemlərində xalis sıfır hədəfinə nail olmaq məqsədi ilə azaldıla bilməyən qalıq yanacaqların mərhələli şəkildə dayandırılmasını sürətləndirməyi öhdələrinə götürüblər.

Avtomobil ehtiyatlarından karbon dioksid emissiyalarını 2000-ci illə müqayisədə 2035-ci ilə qədər və ya ondan əvvəl ən azı 50 faiz azaltmaq barədə razılığa gəlinib.

Təbii qaz istehlakının azaldılması vacibliyi vurğulanaraq bu sektora qoyulacaq investisiyaların potensial enerji kəsirlərinin aradan qaldırılmasına kömək edə biləcəyi qeyd edilib.

Bərpa olunan enerjilər tərəfindən istehsal olunan elektrik enerjisi əhəmiyyətli dərəcədə artırılması və dəniz külək gücü 2030-cu ilə qədər 150 gigavata çatdırılması söylənilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar