Ru
11:45 / 29 İyul 2025

“Gəmi” restoranının önündə dəhşətli qəza - Ölən və yaralanan var - VİDEO

“Gəmi” restoranının önündə dəhşətli qəza -  Ölən və yaralanan var - VİDEO
Eye

Ötən gecə Novxanı-Sumqayıt yolunda ağır qəza olub.

Bakupost.az xəbər verir ki, saat 01 radələrində Sahil küçəsində yerləşən “Gəmi” restoranının önündə iki avtomobil toqquşub.

Belə ki, 1961-ci il təvəllüdlü İlqar İbrahim oğlu Quliyevin idarə etdiyi “Lexus” markalı 90-SS-344 nömrə nişanlı avtomobil ilə 1990-cı il təvəllüdlü Əlfəddin Əlfəddin oğlu Əbdülhəsənovun idarə etdiyi “KİA” markalı 99-UJ-848 nömrəli maşın toqquşub.

Nəticədə avtomobillər tamamilə yararsız hala düşüb. Ə.Əbdülhəsənov və sərnişini olan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova xəstəxanaya yerləşdiriliblər. Lakin az sonra G.Hüseynova vəfat edib. Ə.Əbdülhəsənovun vəziyyəti orta-ağırdır.

Araşdırmalar ŞPİ tərəfindən aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar