Ru
17:55 / 29 İyul 2025

Bu ölkənin prezidenti ABŞ-yə buraxılmadı

Bu ölkənin prezidenti ABŞ-yə buraxılmadı
Eye

ABŞ Tayvan prezidenti Lay Tsindenin Mərkəzi Amerikaya səfəri zamanı ona Nyu-Yorkda dayanmaq üçün icazə verməyib.


Bakupost.az “Finincial Times” nəşrinə istinadən xəbər verir ki, bu qərarın Çin tərəfinin Vaşinqtona etdiyi etirazlarla əlaqəli olduğu bildirilir.

Lay Tsinde avqust ayında Paraqvay, Qvatemala və Belize kimi Tayvanı dövlət kimi tanıyan ölkələrə səfər edərkən ABŞ ərazisindən keçməyi planlaşdırırdı. Lakin üç mənbənin məlumatına görə, ABŞ ona Nyu-Yorkda dayanmaq icazəsi verməyib.

Layın ofisi bazar ertəsi açıqlama yayıb ki, yaxın gələcəkdə xaricə səfər etməyi planlaşdırmır. Bunun səbəbi Tayvanda baş verən qasırğadan sonra bərpa işləri ilə məşğul olması və Taypey ilə Vaşinqton arasında tarif məsələlərinin müzakirə edilməsidir. Lakin mənbələr bildirir ki, səfərdən imtina qərarı Nyu-Yorkda dayanmaq icazəsinin verilməyəcəyi xəbərini aldıqdan sonra qəbul olunub.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar