Ru
10:36 / 22 Yanvar 2020

Fəhlə liftlə şaxtanın arasında qalıb öldü - Bakıda FACİƏ

Fəhlə liftlə şaxtanın arasında qalıb öldü -  Bakıda FACİƏ
Eye

Bakıda çoxmərtəbəli yaşayış binasında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 115 saylı ünvanda qeydə alınıb.


Həmin ünvandakı yaşayış binasında “İKMA services” MMC tərəfindən liftin quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib.

Hadisə nəticəsində şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Dəmirov Musa Azər oğlu liftlə şaxtanın arasında qalaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar