00:22 / 21 May 2019
        Gəncədə polis əməkdaşı döyüldü
        
            
                                                                     
                                         3638
 3638 
        
        
        
        
            
Gəncədə
polis əməkdaşı dava zamanı xəsarət alıb. 
	  
	 BakuPost.az"Qafqazinfo"ya istinadən  xəbər
verir ki, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu
müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım
göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
  
 Məlumata
görə, polis əməkdaşı olan M. Süleymanov Gəncə bulvarında olan çay evlərinin
birində dava zamanı döyülüb. Münaqişənin xidmət zamanı baş vermədiyi
bildirilir. 
  
 Faktla
bağlı araşdırma aparılır.