Ru
13:55 / 21 Oktyabr 2020

Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək

Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək
Eye


Gəncədə erməni terrorunun qurbanlarının yaxınlarına veriləcək təqaüdün qaydaları açıqlanıb.

Bunu "Report"un Qərb Mərkəzinə Ermənistan tərəfindən atəşə məruz qalan Gəncə şəhərində səfərdə olan
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov təqaüdün verilmə qaydalarını da açıqlayıb: "Yeni Azərbaycan Partiyası ermənilərin Gəncə şəhərində törətdikləri terror zamanı valideynlərini itirən uşaqlara təqaüd verəcək. Biz nəzərdə tutumuşuq ki, terror zamanı valideynlərini ititən 1 uşaq üçün 300 AZN, ailədə 2 uşaq varsa ikisi bir yerdə olmaqla 500 azn təqaüd ödəniləcək. Təqaüdlər onların kart hesablarına köçürülməklə 18 yaşına qədər veriləcək", - deyə, Ə.Əhmədov bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar