Ru
20:08 / 26 Avqust 2025

Gəncədə toya gedənlər qəzaya düşdü: 5 yaralı var...

Gəncədə toya gedənlər qəzaya düşdü: 5 yaralı var...
Eye

Gəncə şəhərinin Gülüstan qəsəbəsində yol qəzası baş verib.


Bakupost.az xəbər verir ki, "Mercedes" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar Yeganə Əsgərova (1988), Gülşən Hüseynova (1990) Oleq Titiov (1981), Zamin Həsənov (1989) Ayşən Həsənovadır (1996).

Məlumata görə, qəzaya düşənlər toya gedirmiş.

Adıçəkilən şəxslər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.


TƏBİB-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasientlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar