Tehran ABŞ və İsraildən ölkəmizə hücumların təkrarlanmayacağına dair təminat alacağı təqdirdə nüvə məsələsi ilə bağlı Vaşinqtonla dolayı danışıqları bərpa etməyə hazırdır.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Asharq Al Awsat” qəzetinə müsahibəsində deyib.
“Biz əmin olmalıyıq ki, danışıqlar ədalətli və dürüst olacaq, hər iki tərəfin maraqlarına cavab verəcək və qarşılıqlı faydalanacaq”, - nazir bildirib.
Onun sözlərinə görə, ABŞ-nin Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumu İranın mövqeyinə təsir göstərməyib. Belə ki, rəsmi Tehran öz ərazisində uranı zənginləşdirmək hüququnu müdafiə etməkdə davam edir.
“İsrail bizə hücum etdiyi zaman danışıqlar ən qızğın mərhələdə idi. Daha sonra hücuma ABŞ qoşuldu. Buna görə də yeni danışıqlar baş tutacağı halda, əvvəlkilərdən qətiyyən fərqli olacaq”, - Əraqçi əlavə edib.