Ru
22:39 / 26 Avqust 2025

Yevlaxda atasını bıçaqlayan oğul saxlanıldı

Yevlaxda atasını bıçaqlayan oğul saxlanıldı
Eye

Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir.


DİN-in Mətbuat xidmətinin regional qrupundan Bakupost.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

21:29

Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə oğlu şübhəli bilinir.


Bakupost.az xəbər verir ki, rayonun Havarlı kəndində 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun oğludur.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar