Ru
23:11 / 26 Avqust 2025

“Qarabağ” hücumçu transferini rəsmən açıqladı

“Qarabağ” hücumçu transferini rəsmən açıqladı
Eye

“Qarabağ” yeni transferini rəsmən açıqlayıb.

Bakupost.az xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Kamilo Duranla anlaşdığını rəsmi sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə çatdırıb.

O, yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 23 yaşlı kolumbiyalı vinger ölkəsinin U-20 yığmasının formasını geyinib.

Cənubi amerikalı yerli “Medellin”də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından “Flamenqo”ya icarəyə verilib.

Bir il sonra Portuqaliyaya - “Lusitania”ya getsə də, buradan tez ayrılıb. Ardınca “Estrela”nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında “Portimonenze”yə üz tutub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar