ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Vaşinqtonun 2025-ci ilin sonuna qədər Ukraynadakı münaqişəyə son qoymaq niyyətində olduğunu açıqlayıb.
Bakupost.az xəbər verir ki, Uitkoff Ağ Evdə Tramp administrasiyasının kabinet iclasında çıxışı zamanı bu məsələni gündəmə gətirib.
“Rusiya, Ukrayna, İran, İsrail, HƏMAS – biz bu həftə ərzində hər üç münaqişə ilə bağlı görüşlər keçirmişik. Ümid edirik ki, onları bu ilin sonuna qədər həll edəcəyik”, – deyə o bildirib.
Xatırladaq ki, avqustun 15-də Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada üçdən-üçə formatında görüşüblər. Sammit 2 saat 45 dəqiqə davam edib.