Gecə saat 00-34 radələrində ölkə ərazisində zəlzələ qeydə alınıb.
Bakupost.az xəbər verir ki, yeraltı təkanlar ölkənin demək olar ki, bütün bölgələrində qeydə alınıb.
Zəlzələ Şimal bölgəsində daha çox hiss olunub. Belə ki, Şimal bölgəsinin bütün rayonlarında yeraltı təkanlar qeydə alınıb. Sakinlərin sözlərinə görə, zəlzələ 5 bala yaxın olub.
***
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Xəzər dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb.