Ru
23:03 / 26 Avqust 2025

Ermənistan və Rusiya gücləndirilmiş rejimə keçir: Sentyabrın 1-dən...

Ermənistan və Rusiya gücləndirilmiş rejimə keçir: Sentyabrın 1-dən...
Eye

Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində sentyabrın 1-dən fitosanitar nəzarətinə məruz qalan yüklərin daşınması qaydaları gücləndiriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi orqanının yaydığı məlumatda bildirilib.

Bununla əlaqədar olaraq, nəzarət orqanı Ermənistanın təsərrüfat subyektlərini fitosanitar nəzarətə məruz qalan malların (təzə meyvə və tərəvəzlər, çiçəklər, toxumlar, əkin materialları və s.) bu ölkədən Rusiyaya daşınması zamanı Aİİ və Rusiya qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə çağırıb. Səlahiyyətli qurum, həmçinin gələcəkdə malların daşınmasına məhdudiyyətlərin qarşısını almaq üçün Rusiyada vergi öhdəliklərini yerinə yetirməyə çağırıb.

"2025-ci il sentyabrın 1-dən həm Ermənistan Respublikasında, həm də Rusiya Federasiyasında qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət gücləndiriləcək və onu pozan şirkətlər qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri görəcəklər", - qurumun açıqlamasında qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar