Ru
09:42 / 14 İyul 2022

Gömrük Komitəsinin vəzifəli şəxsi ÖZÜNÜ ÖLDÜRDÜ - Yenilənib

8309

09:42


Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.



Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.


Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.


Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.


***
10:10

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı araşdırılır.


Bu barədə Bakupost.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.


Xəbərə görə, 13.07.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildirir ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər