Ru
13:55 / 20 Sentyabr 2019

GTT-da “Şirinlər” nümayiş ediləcək

2635

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında P.Kullifordun “Şirinlər” pyesi əsasında eyniadlı tamaşa nümayiş ediləcək.


Teatrdan BakuPosta-a bildirilib ki, oktyabrın 12-də göstəriləcək tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Səhnə əsərinin musiqi tərtibatını İradə Muradova hazırlayıb, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur. Rolları Əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev və başqaları ifa edəcək.
Qeyd edək ki, “Şirinlər” belçikalı rəssam Pyer Kullifordun hazırladığı cizgi romanıdır və onun əsnasında çəkilmiş animasiyadır. 1958-ci ildə tamamlanmış cizgi romanı 1981-ci ildən animasiya filmi olaraq ekranlara çıxıb. Yayımlandığı andan etibarən geniş tamaşaçı auditoriyasının marağına səbəb olan bu cizgi serialı dünyanın bir çox ölkələrində müxtəlif dillərdə ekranlaşdırılıb.
Günel

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər