Ru
10:21 / 06 Dekabr 2019

Gülağa Tənhaya milyonlar "atan" biznesmen oğlunun istəyi reallaşmadı

1712
Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Lətif Qasımov və Zaur İsayev barələrində olan hökmdən verdikləri şikayət üzrə məhkəmə prosesi başa çatıb.

BakuPost.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən hər iki şəxsin şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.


Qeyd edək ki, L.Qasımov həbsdə olan “Real MTK”-nın rəhbəri İlham Qasımovun oğludur. İttiham aktına əsasən, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsə şərti cəza verilib.

Daha əvvəl “Real MTK”-nın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər