Ru
14:16 / 29 Dekabr 2025

Gümüşdən tarixi rekord – 84 dolları keçdi

Gümüşdən tarixi rekord – 84 dolları keçdi
Eye

Gümüşün qiyməti ilin sonuna doğru sürətlə artaraq 84 dolları keçib və tarixində ən yüksək səviyyəyə çatıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında gümüşün qiyməti Sinqapur birjasında 6% artaraq qısa müddətə 84,01 dollar səviyyəsini görüb. Zəif dollar və artan geosiyasi gərginliklər, həmçinin digər qiymətli metalların, o cümlədən qızıla və platinə marağı artırıb.

Bu, spekülatif əməliyyatlar, zəif dollar və artan geosiyasi gərginliklər fonunda qiymətli metalların son aylarda güclü tələb görməsinin nəticəsidir.

İlon Mask isə “X” platformasında Çinin ixrac məhdudiyyətlərinə münasibət bildirərkən, “Bu yaxşı deyil. Gümüş bir çox sənaye prosesində vacibdir” deyib. Çinin ixrac məhdudiyyətləri əvvəlki siyasətlərin davamı kimi oktyabrın 30-da elan edilmişdi.

Gümüş bu ay il çox dəyər qazanıb və 1951-ci ildən bəri ən yaxşı illik performansa doğru irəliləyir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar