Ru
13:02 / 29 Dekabr 2025

Nəriman Həsənzadə xəstəxanadan evə buraxıla bilər

Nəriman Həsənzadə xəstəxanadan evə buraxıla bilər
Eye

Xalq şairi Nəriman Həsənzadə evə buraxılacaq.

Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

“Nəriman Həsənzadənin səhhəti yaxşılaşır. İki günə evə buraxıla bilər. Yeni ili evində keçirəcək. Onun müalicəsi palatada davam edir. Dializ davam edəcək", - A.Mehmandost əlavə edib.

Mərkəzi Klinik Xəstəxanadan isə sorğumuza cavab olaraq bildirilib ki, Xalq şairinin vəziyyəti ağır-stabil olaraq qalır.

"Xəstə stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır", - məlumatda qeyd edilib.

Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar