Ru
13:48 / 29 Dekabr 2025

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Eye

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Bakupost.az xəbər verir ki, qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.

Büdcədə neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar