Ru
14:39 / 07 Aprel 2021

“Günel Həsənlinin videosunu ermənilər çəkib” - Deputat

“Günel Həsənlinin videosunu ermənilər çəkib” -  Deputat
Eye

YAP-çı deputat Siyavuş Novruzov sensasiya sayılacaq açıqlama verib.

Bakupost.az bildirir ki, Musavat TV-nin qonağı olan siyasətçi Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim videosundan danışıb. Qeyd edib ki, Həsənli ailəsini yaxından tanıyır: “Biz 10 il bağ qonşusu olmuşuq. Cəmil Həsənlini də, Güneli də, Cəmil müəllimin nəvələrini də yaxşı tanıyıram. Bu hadisəni qətiyyətlə pisləyirəm”.

Siyavuş Novruzov deyib ki, Günel Həsənlinin intim videosunun yayılmasında hakimiyyəti günahlandırmaq doğru deyil: “Bu videonu Cəmil Həsənlinin yaxın olduğu Avropa dairələri və ermənilər çəkib. Günahkarları o tərəfdə axtarmaq lazımdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar