Ru
20:52 / 17 Sentyabr 2026

Gürcüstanda DTX-nin yeni rəhbəri təyin edildi

Gürcüstanda DTX-nin yeni rəhbəri təyin edildi
Eye

Gürcüstan parlamenti Tamaz Boraşvilini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiqləyib.


"Bakupost" xəbər verir ki, onun namizədliyini 83 deputat dəstəkləyib, heç kim əleyhinə səs verməyib.

Boraşvili son bir il yarım ərzində Gürcüstan xüsusi xidmət orqanının dördüncü rəhbəri olub.

Qeyd edək ki, Boraşvilinin sələfi Gela Geladze quruma beş ay rəhbərlik edəndən sonra istefa verib və daxili İşlər nazirinin müavini vəzifəsinə keçirilib. Hökumət bunun ailə vəziyyəti ilə əlaqədar olaraq Geladzenin şəxsi xahişi ilə baş verdiyini açıqlayıb.

Boraşvili 2025-ci ilin sentyabr ayından Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsini tutub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar