Ru
21:48 / 29 Sentyabr 2025

Gürcüstanda inqilab planına imkan verilməyəcək - Kobaxidze

Gürcüstanda inqilab planına imkan verilməyəcək - Kobaxidze
Eye

“Biz heç kimə Gürcüstanda hər hansı bir inqilab planını uğurla həyata keçirməyə imkan verməyəcəyik”.

Bakupost.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları yoxlanılmış metodlarla çalışırlar.

“Bu işin məqsədi Gürcüstanda inqilabi prosesləri təşviq etməkdir. Lakin hamıya söz vermək istəyirəm ki, son 13 ildə inqilaba cəhdlər uğursuz olduğu kimi, bu il də və bundan sonrakı illərdə də uğursuz olacaq”, - İ.Kobaxidze söyləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar