Ru
09:43 / 20 Oktyabr 2021

Hacı İlqar niyə saxlanıldı? - “Ocaqnejat onun ailə üzvü olan qadınla evlidir” - FOTO

22234
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlunun xüsusi xidmət orqanları tərəfindən saxlanılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Onun İranla əlaqələri barəsində müxtəlif ittihamlar səsləndirilub.

Bakupost.az xəbər verir ki, tanınmış jurnalist Aygün Muradxanlı onun İranla bağlılığı barədə maraqlı məlumat paylaşıb.

Bildirib ki, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi olmuş Əli Əkbər Ocaqnejat Hacı İlqar İbrahimoğlunun ailə üzvü olan qadınla evlidir:


“Hacını uzun illərdir tanıyıram. Bu gün eşitdim ki, Ocaqnejat onun ailə üzvüdür. Daha dəqiq, yaxın zamanlara qədər İranın ali dini liderinin Azərbaycan Respublikasındakı təmsilçisi olmuş Ocaqnejat Hacının ailə üzvü olan qadınla evlidir”.

Qeyd edək ki, İ.İbrahimoğlu dünən axşam saatlarında saxlanılıb. Bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. O, feysbuk-da canlı yayım açaraq şahid qismində dindirildiyini bildirib. Hacı İlqarın dediklərindən belə məlum olur ki, dindirilmə prosesi hələ davam edəcək.

Çox güman ki, araşdırma aparılır. Yəni onun sərbəst buraxılması hələ prosesin bitməsi demək deyil.


Şərhlər
  • t.ədalət

    Biz xarici vətəndaşların qucağında oturan qadınlara bir ad fikirləşib verməliyik.Busaqdan-budağa qonan quşlar kimi onları "budaq quşu" adlandırsaq pis olmaz.Əlbəttə,əxlaqlı qadın öz vətəninin gəlini olanlar,müsəlmanlarla ailə quranlardır.Avropa,artıq uşaqbazlıqla məşğul olur.Avropalıya ərə gedənlərin taleyi necə olacaq,Allah bilir.Bizim İslam dini qadını müqəddəs hesab etdiyinə görə onun xristianların arvadı olmasına imkan vermir.

  • t.ədalət

    Çox vaxt bizim qadınlar kiminlə nigaha girdiyinin fərqinə varmırlar.Elə qadınlarımız var ki,hətta Rusiya xüsusi xidmət orqanlarının əli ilə Türkiyə vətəndaşlarına ərə gedir və casusluqla məşğul olur.İranlılara ərə gedib Azərbaycanın əleyhinə casusluq edirlər.Odur ki,ərsizliyə son qoymaq,xarici ölkə gədələrinə ərə getməyin qarşısını almaq üçün ölkədə ikiarvadlılığa qanunla icazə verilməlidir.O gün də saytların birində yazılırdı ki,Saratov vilayətində Azərbaycandan olan qız və qadınlar kütləvi şəkildə ruslarla evlənirlər.Yaxud,hansısa şairin qızı bir amerikalıya ərə gedir.Millətin bütövlüyü qadının əlindədir.Onu,ancaq qadınlar zədələyirlər.Sonra da mətbuata çıxıb fransız əri ilə,guya,milli qeyrətimizi "qoruduqlarını" söyləyirlər..

  • Rəhman

    Görəsəç Ocaqnicatım yaşı ilə evləndiyi qadın arasında yaş fərqi nə qədərdir və bu izdivac necə baş tutub?

  • Mahir Qasımov

    Agası gülüm olanın... Hacının qudası Ocaqnejatdırsa kitaba əl bassa da nə müzakirəyə nə izaha ehtiyac birmənalı olaraq yoxdur. Başqa heç cür mümkün də deyil.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər