Ru
16:28 / 06 Aprel 2021

Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?

4944

Bir neçə gün öncə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının olduğu iddia edilən intim görüntülər yayılıb. Cəmil Həsənli Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək bunda ölkənin siyasi hakimiyyətini ittiham edib. Vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını "necə yaşamaq istəməsi onun şəxsi işidir".


"Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur,"- cənab Həsənli yazıb.

O bildirib ki, "əxlaqsızlıq başqasının intim həyaätına burun soxmaq, dövlətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir". "Mənim qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz şəxsi işidir, bunun dövlətə heç bir aidiyyəti yoxdur," - Cəmil Həsənli vurğulayıb.


Maraqlısı odur ki, intim videoda görüntülənən G.Həsənli, o cümlədən Cəmil Həsənli baş verənlərdə hakimiyyəti ittiham etsə də, hüquq-mühafizə orqanları susqunluq göstərir. Hətta videoda görüntülənən, qarşı tərəfin ittiham etdiyi Mahir adlı şəxs də videonun yayılmasında özünü günahsız hesab edir.

Bakupost.az xəbər verir ki, o, Criminal.az-a açıqlama verərək həmin görüntülərin kim tərəfindən yayılmasının üzə çıxacağını deyib.

Əgər hər iki tərəf baş verənlərdə özünü günahsız hesab edirsə, o zaman intim video necə və kim tərəfindən çəkilib? Həmin görüntülərin çəkilməsi və yayılması kimə xidmət edir? Hakimiyyət bu yolla müxalifəti ifşa edir, yoxsa hansısa qüvvələr müxalifət düşərgəsini hakimiyyətin üzərinə yönləndirir?

Günel Həsənlinin vəkili bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğu müraciət edilib. Lakin müdafiə etdiyi şəxs baş verənlərlə bağlı izahat almaq üçün heç bir yerə dəvət edilməyib.

Baş Prokurorluq: "Zərərçəkmiş şəxsin şikayəti olmalıdır"

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov həmin məsələ ilə bağlı araşdırma aparılıb-aparılmamasından xəbərsiz olduğunu bildirib. Qurum rəsmisinin sözlərinə görə, araşdırma zərərçəkmiş şəxsin şikayəti əsasında aparılmalıdır. Tərəflərdən soruşmaq lazımdır ki, hüquq-mühafizə orqanlarına şikayətləri olub, ya yox.


K.Zeynalov əlavə edib ki, Cinayət-Prossesual Məcəllədə ictimai xüsusi ittiham anlayışı var və bu kimi məsələdə zərərçəkmiş şəxsin şikayəti olmalıdır.

"Araşdırma aparılması üçün prokurorluq orqanları üçün əsaslar var"


Tanınmış vəkil Cavad Cavadov bildirib ki, cinayət işi başlanması üçün əsaslardan biri də kütləvi infirmasiya vasitələrində yayılmış məlumatlardır. Həmin görüntülər mediada və sosial şəbəkələrdə kifayət qədər geniş yayılıb. Araşdırma aparılması üçün prokurorluq orqanları üçün əsaslar var.

Vəkilin sözlərinə görə, hər bir halda bu məsələ araşdırılmalıdır, istintaq aparılmalıdır.

Məlumata görə, Mahir Nizami oğlu Allahverdiyev (?) əvvəllər cudo idmanı ilə məşğul olub və bir vaxtlar oğlu ”Porchse” markalı avtomobillə 2 uyşaq anasını vurub öldürən 14 yaşlı Ağaəli Fərəcovun atası, ”Bentley” Fizulinin sürücüsü işləyib. F.Fərəcov koronovirusa yoluxub dünyasını dəyişəndən sonra Mahirin hansı işlə məşğul olması barədə məlumat yoxdur. Onu da xatırladaq ki, O.İsayev ”Bentley” Fizulinin kirvəsidir.

Criminal.az intim görüntülərin antiqəhrəmanı ilə əlaqə saxlayıb.

Telefonu açan Mahir dərhal ''Sənin məni narahat etməyə ixtiyarın var?'' deməklə açıqlama verməkdən boyun qaçırmaq istəyib.

Daha sonra qısa şərh verərək telefonu söndürüb: "Get dövlət qurumlarına şikayətini yaz, ondan sonra mənə zəng elə. Videodakı mən deyiləm. Həmin görüntüləri kim yayıbsa, bu üzə çıxacaq".


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər