Ru
11:16 / 27 Sentyabr 2019

Həbsdə olan beş qat dünya çempionunun cəzası artırıldı - MƏHKƏMƏ

Həbsdə olan beş qat dünya çempionunun cəzası artırıldı -  MƏHKƏMƏ
Eye

Bakı Apelyasiya Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən verilən apelyasiya şikayətləri və apelyasiya protesti ilə bağlı ilkin baxış iclası keçirilib.

Bakupost.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən onun cəzası 6 il 6 aya qaldırılıb.

Qeyd edək ki, qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Məhkəmə E.Məcidova soyuq silah gəzdirmə əməli üzrə bəraət verib, xuliqanlıq və qəsdən ağır xəsarət yetirməyə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti ,zərərçəkmişlər və E.Məcidov isə apelyasiya şikayəti vermişdi.

Xatırladaq ki, "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri olan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar