Rusiyanın Sverdlovsk vilayətində cəza koloniyasından azadlığa buraxılan məhbus düz beş dəqiqə sonra terrorizm işi üzrə yenidən saxlanılıb.
Bakupost.az -ın Ura.ru saytına istinadən məlumatına görə, məhbus Yekaterinburqun 10 saylı cəza koloniyasından səhər saat 10:15-də buraxılıb və azadlığa buraxıldıqdan beş dəqiqə sonra - saat 10:20-də əməliyyatçılar tərəfindən saxlanılıb. Yeni həbs qərarına səbəb onun əsası azadlığa buraxılmasından bir neçə gün əvvəl açılmış cinayət işi olub.
Təqsirləndirilən şəxs terror fəaliyyətinə təhrik etməkdə şübhəli bilinir. Saxlanıldıqdan sonra o, FTX-nın regional idarəsinin istintaq bölməsinə aparılıb.
Zaur, BakuPost