Ru
16:04 / 04 Fevral 2026

Hədə-qorxu ilə 25 min manat tələb edənlər saxlanıldı - VİDEO

Hədə-qorxu ilə 25 min manat tələb edənlər saxlanıldı - VİDEO
Eye

Paytaxtın Xətai rayonunda Bakı şəhər sakini olan 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərin birində 2 nəfərin onun sağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətləri etmələri barədə polisə məlumat verib.


Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, zərərçəkən daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparılaraq ondan 25000 manat tələb edildiyini, verməyəcəyi təqdirdə isə həyat və sağlamlığına təhlükə yaradacaq zor tətbiq edəcəkləri ilə hədələndiyini bildirib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvü saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs dəstə üzvü olan qadının tanışı olub və digərləri onun təklifi əsasında qeyd edilən cinayət əməlini törədiblər. Saxlanılan şəxslərin hadisəni törətmə anları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla əlaqədar Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar