Fransa şagirdi müəllimini bıçaqlaması hadisəsi ölkədə ciddi narahatlıq doğurub.
Bakupost.az “Le Monde”yə istinadən xəbər verir ki, hadisə dünən (fevralın 3-də) Sanari-sür-Mer şəhərində yerləşən orta məktəbdə baş verib.
Məlumata görə, dərs zamanı 14 yaşlı şagird vizual sənətlər müəlliminə hücum edib. Şagird təxminən 60 yaşlı müəllimə 3–4 bıçaq zərbəsi vurub. Ağır yaralanan müəllim ilkin tibbi yardımdan sonra Tulon şəhərindəki xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyati təhlükəsinin davam etdiyini bildiriblər.
Hücumu törətməkdə şübhəli bilinən məktəbli hadisə yerində saxlanılıb. Prokurorluq faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə istintaqa başladığını açıqlayıb.
Hadisədən sonra Fransa Təhsil naziri Eduar Coffre məktəbə baş çəkib, yerli rəsmilərdən məlumat alıb. O, sosial şəbəkədə paylaşım edərək yaralanan müəllimə, ailəsinə dəstək ifadə edib.
Yelisey Sarayı isə Fransa Prezidenti Emmanuel Makronun müəllimin vəziyyəti və istintaqın gedişi barədə məlumatlandırıldığını açıqlayıb.
Xatırladaq ki, təhsil işçilərinin hücuma məruz qalması Fransada adi hal alıb. Ötən il iyunun 10 da Nogent şəhərində 31 yaşlı müəllim 14 yaşlı şagird tərəfindən bıçaqlanaraq həyatını itirmişdi. Müəllim çanta yoxlanışı zamanı hücuma məruz qalmışdı.
Cavid, BakuPost