16:26 / 22 Noyabr 2021

"Həkim desəydi ki, açıq ürək əməliyyatı olunmalıdır, biz razılaşardıq" - Vəfat edən xəstənin qardaşı

862

Xəbər verdiyimiz kimi, N.Tusi adına klinikada əməliyyat olunun xəstə vəfat edib.



Məlumata görə, 1955-ci il təvəllüdlü Heydər Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O elə əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb.


Vəfat edən xəstənin qardaşı oğlu Əyyub Cəfərxanov Bakupost.az -a bildirib ki, onun üzərində ekspertizalar təyin olunub:

“Biz istəyirik ki, bu məsələ araşdırılsın, ölümə səbəb həkim səhlənkarlığıdır, yoxsa başqa bir şey. Klinika məlumatı çox gec ötürdü. Mən özüm prokurorluğun qaynar xətti, 961-ə zəng vurdum. Ondan sonra prokurorluq məsələyə müdaxilə etdi, prokuror köməkçisi oraya gəldi. Bizim həkim səhlənkarlığı ilə bağlı şüphələrimiz var. Çünki şəkər xəstəsinə 6 stend qoyub. Bir çox həkimlər, mütəxəssislər deyirlər ki, gərək 4-ü qoyulardı, şəkər xəstələri üçün 6-sı çoxdur. Hətta bəziləri deyirlər ki, heç dünya təcrübəsində belə bir şey yoxdur. Biz həkimi tanımırıq, onunla düşmənçiliyimiz də yoxdur. Digər tərəfdən həkim xəstə yaxınlarına iki alternativ variant təklif edib. Birincisi, açıq ürək əməliyyatı, ikincisi stendin qoyulması. Əgər həkim desəydi ki, açıq ürək əməliyyatı olunmalıdır, biz razılaşardıq. Düşünürük ki, ortada həkim səhlənkarlığı var”.

BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər