Ru
11:35 / 29 İyul 2026

“Həmin gün Zəhranı özümlə aparsaydım, indi yaşayırdı” - VİDEO

“Həmin gün Zəhranı özümlə aparsaydım, indi yaşayırdı” - VİDEO
Eye

Bakı-Sumqayıt yolunda baş verən qəzada övladını itirən tanınmış vəkil Fərhad Mehdiyev faciəvi hadisə ilə bağlı danışıb.

“Bakupost” xəbər verir ki, o, aparıcı Arzu Kəlbinin “Özünüzü ən çox nədə bağışlamırsınız?” sualına cavab verərkən qızı Zəhranın ölümü ilə bağlı yaşadığı peşmanlıqlardan söz açıb.

“Özümü çox şeydə bağışlamıram. Daxili “kaş”lar çoxdur. Qəza baş verən gün teatr var idi. Fikirləşmişdim ki, bəlkə, Zəhranı dəvət edim, teatra gedək. Amma eyni gündə Şüvəlanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tədbiri var idi. Həmin tədbirə getdim. Kaş getməzdim. Kaş Zəhra ilə plan qurardım ki, axşam teatra gedək. Mən onu teatra aparsaydım, təbii ki, o yola çıxmayacaqdı və həmin maşınla qarşılaşmayacaqdı. Özümü bağışlamadığım şeylər bir deyil, iki deyil...Təəssüf ki, çoxdur”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar