Ru
20:57 / 30 May 2019

Həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icması üzvləri ilə görüşdü

2813
Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə
Heyətinin üzvləri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti
(Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik arasında icmanın binasında görüş
keçirilib.

  BakuPost.az-ın məlumatına görə, görüşdə icma üzvləri
bildiriblər ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu və sülh
şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq tanınmış
sərhədlərinin bərpası, işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılması və
torpaqlarından qovulmuş azərbaycanlıların geri dönüşü ilə mümkündür.

  Qeyd
olunan şərtlər daxilində bölgədə dayanıqlı və ədalətli sülhün bərqərar ola
biləcəyi icma üzvləri tərəfindən bəyan edilib.  

İcma
üzvləri həmsədrlərin regiona səfər etdikləri bir dövrdə qoşunların təmas
xəttində Ermənistanın hərbi birləşmələri tərəfindən açılan atəşi nəticəsində
hərbi qulluqçumuzun öldürülməsindən ciddi narahatlıqlarını ifadə ediblər.
Bildirilib ki, bu Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı
olmadığını və hər vəclə danışıqları pozmağa çalışdığını göstərir.

  Dağlıq
Qarabağ bölgəsinin Azərbaycanlı İcması işğal altında olan ərazilərimizdə tarixi
və mədəni irsimizin məhv edilməsi və dəyişdirilməsinə yönələn hərəkətlərin
dərin narahatlığa səbəb olduğunu bildirməklə, bunun qəbuledilməz olduğunu
vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər