Ru
17:33 / 14 Fevral 2017

Hərbi vəziyyət haqqında qanun qəbul edildi

Hərbi vəziyyət haqqında qanun qəbul edildi
Eye

Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi vəziyyət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.



Trend-in məlumatına görə, qanun layihəsi ətrafında müzakirələr aparılıb.



Qanun layihəsi 5 fəsil 27 maddədən ibarətdir.



Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.



Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyulub və qəbul edilib.

 

 

Bakı Post

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar