Ru
19:09 / 29 Mart 2021

Heydər Əliyev prospektində ağır qəza: Yol bağlandı - FOTOLAR

  Heydər Əliyev prospektində ağır qəza: Yol bağlandı -  FOTOLAR
Eye

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“BakuPost” xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır qəza qeydə alınıb.

Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

***

Bakının Heydər Əliyev prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti - “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.

“BakuPost” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcə də, Xətai prospektindən və Yusif Səfər küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar