Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin illər öncə lentə alınmış nadir videolarından biri yayılıb.
Bakupost.az xəbər verir ki, sözügedən kadrlarda mərhum Prezident Zaur Seyidzadə adlı vətəndaşla söhbət edir.
Görüntülərdə Zaur Seyidzadə yaşadığı binanın zirzəmisinin Əmlak Komitəsi tərəfindən satışa çıxarıldığını bildirir. O, həmin zirzəmidə sərgi salonu yaratmaq istədiyini qeyd edərək prezidentdən kömək istəyir.
Heydər Əliyev isə məsələ ilə bağlı Bakının həmin vaxt icra başçısı vəzifəsində çalışan Rafael Allahverdiyevə tapşırıq verdiyini bildirir.
Zaur Seyidzadə eyni zamanda 1993-cü ildə evinin təmirinə kömək göstərildiyini və səhhəti ilə bağlı ona 50 min manat vəsait ayrıldığını xatırladaraq Prezidentə təşəkkür edir.
Qeyd edək ki, Z. Seyidzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Xüsusən, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarını müdafiə edən Z.Seyidzadə 30-dan çox layihənin rəhbəri olub.
Həmin kadrları təqdim edirik:
Lalə, BakuPost
Həmin kadrları təqdim edirik: