Ru
09:56 / 15 Aprel 2026

Hikmət İbrahimli vəzifəsindən ayrıldı

Hikmət İbrahimli vəzifəsindən ayrıldı
Eye

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli vəzifəsindən ayrılıb.


Bakupost.az xəbər verir ki, bu vəzifədən əvvəl Hikmət İbrahimli Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri vəzifəsində çalışıb.

O, 2020-ci ildə TƏBİB-in yaradılmasında yaxından iştirak edib.

2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyə sahəsində xidmətlərinə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 aprel 2024-cü il tarixli qərarı ilə professor elmi adına layiq görülüb.

Hikmət İbrahimli Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyənin təşkili və menecmenti kafedrasında elmi və pedaqoji fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ay əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanla İTSDA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb.

İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri nazirliyə həvalə edilib. Nazirlər Kabinetinə zəruri tədbirlər görülməsini təmin etmək və təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti davam edir, birləşmə prosesi aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar