Ru
10:50 / 15 Aprel 2026

Atəşkəsin uzadılması mənasızdır

Atəşkəsin uzadılması mənasızdır
Eye

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasına ehtiyac olmayacağına ümid edir.

Bakupost.az xəbər verir ki, bu barədə ABC telekanalının jurnalisti Conatan Karl özünün “X” hesabında yazıb.

Onun sözlərinə görə, Tramp qarşıda “heyrətamiz iki günün” olacağını bəyan edib.

“Hər şey ola bilər, lakin düşünürəm ki, sövdələşmə əldə etmək daha yaxşı olardı, çünki bu halda onlar bərpa olmaq imkanı əldə edəcəklər. Onların hazırki rejimi həqiqətən fərqlidir”, - Karl dövlət başçısının sözlərindən sitat gətirib.

ABŞ prezidenti danışıqların nəticəsindən asılı olmayaraq “radikalların məhv edildiyini” bəyan edib. O, atəşkəsin uzadılmasında da bir məna görmədiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar