Hindistan və Böyük Britaniya "Ajeya Warrior 2025" adlı birgə antiterror hərbi təlimlərinə başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
İki həftə davam edəcək təlimlər Racastan ştatının Mahacan poliqonunda keçirilir. Antiterror əməliyyatlarında 240 hərbçi iştirak edir.