Ru
22:34 / 17 Noyabr 2025

Ermənistan və BƏƏ hərbi saziş imzaladı

Ermənistan və BƏƏ hərbi saziş imzaladı
Eye

Ermənistanın müdafiə naziri Suren Papikyan işgüzar səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktumla görüşüb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, görüşdə həmçinin Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan da iştirak edib. Tərəflər ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətini vurğulayıblar. Görüş çərçivəsində Ermənistan və BƏƏ arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb və qarşılıqlı fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.

Nazirliyin məlumatına görə, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar