Xəbər verdiyimiz kimi, “Bu Şəhərdə”nin “Ev Dar” adlı 15 noyabrda Heydər Əliyev Sarayında baş tutan konsertində "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı səhnəcik müzakirə doğurub. Məlum səhnəcikdə Qurban Qurbanovu Coşqun Rəhimov canlandırıb. Rafael İsgəndərov isə tamada Siltuş Çölçəmənli obrazındadır. Səhnəcikdə tamadanın bütün suallarına "Qurban Qurbanov" təsdiqləyici "ola bilər" cavabı verib. Yalnız "Millimiz dünya çempionu ola bilərmi" sualını qarşı tərəf uğunub özündən getməklə cavablandırır. Səhnəcikdə yer alan bu epizod sosial şəbəkələrdə mənfi reaksiyalar doğurub. Tamaşaçıların yalnız bir qisim bunu satira kimi dəyərləndirib.
Bakupost.az "Yeni Sabah"a istinadla xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövzuya dair rəy bildirməyib.
“Köhlən atlar”ın mətbuat xidmətindən isə bildiriblər ki, mövzu qeyri-idman konteksli olduğu üçün klub bu barədə rəsmi münasibət yayımlamaq istəmir:
"Bizə "Napoli", yaxud Səbail"lə görüşlə bağlı soruşun, bu tip sual idmanla əsla bağlı deyil", - deyə "Qarabağ" FK-nın mətbuat katibi Anar Hacıyev vurğulayıb