Ru
22:18 / 17 Noyabr 2025

Jurnalistdən Xatirə İslama SƏRT SÖZLƏR: Yalandır, Xankəndinə bunu özün çox gördün!

Jurnalistdən Xatirə İslama SƏRT SÖZLƏR: Yalandır, Xankəndinə bunu özün çox gördün!
Eye

Xatirə İslam yalanları ilə görəsən kimi qandırmaq istəyir? Xatirə İslamın “Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur",- deyə, verdiyi açıqlamada tək bir gerçək onun Xankəndidə doğulmasıdır.


Bakupost.az xəbər verir ki, bunu jurnalist, hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan Afət Telmanqızı bildirib. O, ifaçını yalan danışmaqda ittiham edib:

"Sənəti, ifaçılığı nədir bu barədə heç nə yazmayacağam. Yalanı onun Xankəndidə keçirilən tədbirlərə dəvət olunmaması haqqında dedikləridir. 1 il ərzində ( Xankəndində işlədiyim müddət) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burada keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da, müxtəlif səbəblər gətirib, iştirakdan imtina edib. Buna mən şahidəm. Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz? Hamıdan birinci siz bu torpağa gəlib, konsert verməliydiniz. Amma sizi burada görən olmadı.

Doğrudur, sənətçinin hansı tədbirdə iştirak edib-etməməsi onun şəxsi qərarıdır. Siz də Xankəndidəki konsertlərdə iştirak etməmək qərarını özünüz vermisiniz. İnanın ki, sizdən heç bir gözlənti də yoxdur. İnsan torpağını sevəndə torpağı üçün əlindən nə gəlirsə edir. Sizin də bu torpağa verəcəyiniz tək şey burada oxuyacağınız mahnı ola bilərdi. Onu da doğulduğunuz yerə özünüz çox görmüsünüz. Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin".

Qeyd edək ki, müğənni Nura Surinin dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımına bir çox sənət adamları, o cümlədən müğənni Xatirə İslam da qatılıb. O, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almamasından gileylənib. Müğənninin ittihamlarına cavab olaraq nazirlikdən bildirilib ki, son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər Günü çərçivəsində keçirilən rəsmi tədbirlərə iki dəfə dəvət olunub. Sənətçi isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar