Yeni Dehli ABŞ-nin Hindistan məhsullarına əlavə rüsumlar tətbiq etmək qərarından qəzəblənib.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
"Bizim idxalımız bazara əsaslanır və Hindistanın 1,4 milyard əhalisinin enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilir. Buna görə də, ABŞ-ın bir sıra digər ölkələrin də öz milli maraqlarına uyğun olaraq həyata keçirdiyi tədbirlərə görə Hindistana əlavə tariflər tətbiq etmək qərarına gəlməsi son dərəcə məyusedicidir" - məlumatda qeyd olunur.
Hindistan Xarici İşlər Nazirliyi də ABŞ-nin tariflərini “ədalətsiz və əsassız” adlandırıb. Hindistan milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini vəd edib.
ABŞ Prezidenti Tramp avqustun 1-dən Hindistandan gələn mallara 25 faizlik gömrük rüsumları tətbiq edib. O, həmçinin Moskvanın avqustun 8-dək Ukrayna ilə bağlı sülh sazişinə razılıq vermədiyi təqdirdə Rusiyadan neft alan ölkələri 100 faiz rüsum tətbiq edəcəyi ilə hədələyib. Bununla belə, ABŞ Prezidentinin son bəyanatları Hindistan valyutasına təzyiqi artırıb.