Ru
10:52 / 28 May 2026

Hökumət əhaliyə pul paylayır – kommunal xərclər dövlət hesabına azalacaq

Hökumət əhaliyə pul paylayır – kommunal xərclər dövlət hesabına azalacaq
Eye

Yaponiya hökuməti iyul-sentyabr aylarında əhali üçün elektrik və qaz ödənişlərini azaltmaq məqsədilə subsidiya proqramı hazırlayır.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, subsidiyalar hesabına vətəndaşların aylıq kommunal xərcləri orta hesabla təxminən 5 min yen (təxminən 53 manat) azalacaq.

Məlumata görə, proqram üçün ayrılacaq ümumi vəsaitin 500 milyard yeni (təxminən 5,3 milyard manat) keçəcəyi bildirilir.

Qeyd olunur ki, əlavə büdcə Yaxın Şərqdə gözlənilən uzunmüddətli gərginlik fonunda enerji bazarındakı risklərə qarşı tədbir kimi nəzərdə tutulur. Müvafiq qanun layihəsinin gələn həftə parlamentə təqdim ediləcəyi gözlənilir.

Bildirilib ki, kommunal subsidiya fondunun bir hissəsi benzin qiymətlərinin dəstəklənməsinə yönəldiləcək. Hazırda subsidiyalar sayəsində ölkədə benzinin orta qiyməti litr üçün təxminən 170 yen (təxminən 1,8 manat) səviyyəsində saxlanılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar