Ru
12:36 / 12 Avqust 2026

Hörmüzdə böhran, neftdə bahalaşma

Hörmüzdə böhran, neftdə bahalaşma
Eye

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) Hörmüz boğazında neft daşımalarına tətbiq olunan məhdudiyyətlərin davam etməsi fonunda neft qiyməti üzrə proqnozunu yüksəldib.

“Bakupost” xəbər verir ki, EIA 2026-cı ildə “Brent” markalı neftin orta qiymətinin 86,81 dollar olacağını gözləyir. Əvvəlki proqnozda bu göstərici 81,91 dollar təşkil edib.

“WTI” markalı neft üzrə orta qiymət proqnozu isə 76,26 dollardan 80,88 dollara yüksəldilib.

EIA üçüncü rübdə “Brent” neftinin orta qiymətinin 85 dollar olacağını proqnozlaşdırıb. Bu, əvvəlki hesabatdakı proqnozdan 11 dollar çoxdur.

Hesabata görə, Hörmüz boğazından daşınan xam neft və digər neft mayelərinin həcmi 2025-ci ilin son rübündə gündəlik orta hesabla 21,6 milyon barel olduğu halda, 2026-cı ilin ikinci rübündə 4,9 milyon barelə düşüb.

EIA bildirib ki, Hörmüz boğazında davam edən problemlər qlobal neft ehtiyatlarının azalmasına səbəb olur. Neft axınları normallaşana və ehtiyatlar yenidən bərpa olunana qədər qiymətlərin yüksək qalacağı gözlənilir.

Qurum “Brent” neftinin qiymətinin dördüncü rübdə orta hesabla 78 dollar, 2027-ci ildə isə 69 dollar olacağını proqnozlaşdırıb.

Eyni zamanda, qlobal neft tələbatının 2026-cı ildə gündəlik 102,7 milyon barel, gələn il isə 105 milyon barel olacağı gözlənilir.

ABŞ-də xam neft hasilatının isə 2026-cı ildə gündəlik orta hesabla 13,8 milyon barel, 2027-ci ildə 14,15 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar