Ru
18:09 / 17 Aprel 2026

Hücumdan sonra həmin məktəb bağlandı

Hücumdan sonra həmin məktəb bağlandı
Eye

Aprelin 15-də Kahramanmaraşda silahlı insident baş verən Ayser Çalık orta məktəbi fəaliyyətini dayandırıb.

Bakupost.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının Kahramanmaraş üzrə nümayəndəsi Ünal Ateş aprelin 20-dən həmin məktəbdə tədris həyata keçirilməyəcəyini açıqlayıb.

Məktəbdə təhsil alan şagirdlər digər təhsil müəssisələrinə yönləndiriləcək.

Xatırladaq ki, Ayser Çalık məktəbinin 8-ci sinif şagirdi İsa Aras Mersinlinin həyata keçirdiyi silahlı hücum nəticəsində biri müəllim, 9-u şagird olmaqla 10 nəfər ölüb. İ.Mersinli daha sonra özünə atəş açaraq intihar edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar