Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi - psixoloqu Niyazi Əliyev vəzifəsindən azad edilib.
Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Süleyman Mikayılov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Niyazi Əliyev bir müddət əvvəl tutduğu vəzifədən azad olunub. Onun yerinə hələlik təyinat yoxdur.