Ru
17:22 / 18 Mart 2026

İcra başçısına yeni birinci müavin təyin olundu

İcra başçısına yeni birinci müavin təyin olundu
Eye

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) Başçısına birinci müavin təyin olunub.


Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.

O, bu təyinatadək icra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl Başçının birinci müavini vəzifəsində Elşən Həsənli işləyib. O, ötən ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar