Ru
10:36 / 22 Oktyabr 2019

İctimai Şurada YENİ TƏYİNATLAR

İctimai Şurada  YENİ TƏYİNATLAR
Eye

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib, həmçinin Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib.

BakuPost.az-a daxil olan məlumata görə, ilasda Şura üzvləri şuranın fəaliyyət planı ilə bağlı ilkin təklifləri müzakirə ediblər. Növbəti iclasda fəaliyyət planının təsdiqi nəzərdə tutulur.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar