Ru
20:00 / 06 Fevral 2026

"İdrak" valideynləri belə aldadıb - "Vatsap" qrupuna göndərilən mesajın FOTOSU

"İdrak" valideynləri belə aldadıb - "Vatsap" qrupuna göndərilən mesajın FOTOSU
Eye

Xəbər verdiyimiz kimi, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin şagirdi müəllimi güllələyib.

Şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.

Baş vermiş insidentlər bağlı üç dövlət qurumu  rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq faktı təsdiqləyib, şagirdin saxlanıldığını, cinayət işinin başlandığını açıqlayıblar.

Buna baxmayaraq, “İdrak” liseyinin rəhbərliyi baş vermiş hadisəni danmağa çalışmış, xəbərin yayıldığı ilk saatlarda övladları orada təhsil alan validenyləri aldatmağa çalışmışdır.

Bakupost.az Savashmedia-ya istinadla "İdrak" liseyi rəhbərliyinin valideynlərin "vatsap" qrupuna göndərdiyi mesajı fotosunu təqdim edirik:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar